“Azərbaycanda geyim məhsulları bahalaşacaq, çünki…” – XƏBƏRDARLIQbackend

"Azərbaycanda geyim məhsulları bahalaşacaq, çünki..." - XƏBƏRDARLIQ

2025-ci ilin yanvar- aprel aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz azalaraq, 15 milyon 565 min 44 dollar olub.

Bəs, Türkiyədən Azərbaycana hazır geyim idxalının kəskin azalması yerli bazara və qiymətlərə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında bildirib ki, adətən xaricdən hazır məhsulun idxalı ölkə daxilində istehsalın stimullaşdırılmasına təkan verir.

Azərbaycanda balıq bahalaşacaq – Ekspert – MUSTEQİL.AZ

“Azərbaycanda isə trikotaj və ümumilikdə yüngül sənaye hələ kifayət qədər inkişaf etməyib. Türkiyədən hazır geyimlərin idxalının bahalaşması bir tərəfdən bazarda qiymət artımına səbəb ola bilər, digər tərəfdən isə bu, yerli trikotaj sənayesinin inkişafı üçün bir imkan yaradır”.

A.Nəsirli qeyd edib ki, əgər Türkiyədən məhsul gəlmirsə, onu özümüz istehsal etməliyik.

“Bu prosesin iki əsas təsiri olacaq: qiymətlərin qalxması və yerli geyim istehsalı sahəsinin inkişafı”, – ekspert vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*