Azərbaycanda pensiyaçılara edilən GÜZƏŞTLƏRbackend

Azərbaycanda pensiyaçılara edilən GÜZƏŞTLƏR

Dünyanın bir çox ölkəsində yaşlı insanların güzəranının yaxşılaşması üçün təqaüdlə yanaşı onlara müxtəlif güzəştlər tətbiq olunur.

Azərbaycanda da xeyli sayda təqaüdçü var və yanvar ayının 1-nə olan məlumata görə, ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır.

KONKRET.az xəbər verir ki, Bizim.Media hazırda dünya ölkələrində təqaüdçülərə hansı güzəştlərin olduğunu araşdırıb.

Türkiyə təcrübəsi

Qonşu Türkiyədə 10,5 milyona yaxın təqaüdçü şəhər nəqliyyatından pulsuz istifadə etmək imkanına malikdir. Onlar şəhər ictimai nəqliyyatı, şəhər dəmir yolu və dəniz xətlərinin pulsuz xidmətlərindən istifadə edir. Bu məqsədlə pensiyaçılara pulsuz nəqliyyat kartları təqdim edilir. Həmçinin, şəhərlərarası nəqliyyatda da müəyyən endirimlər tətbiq olunur.

Türkiyədə, həmçinin, təqaüdçülərə bayramlar münasibətilə təqaüddən əlavə pul mükafatları verilir.

Bundan başqa, 2017-ci ildən başlayaraq Türkiyə hökuməti Sosial Güvənlik Qurumu (SGK) vasitəsilə ölkə bankları ilə protokol imzalayıb. Həmin protokla əsasən, həmin ilin mart ayından pensiyaçılara həvəsləndirmə müavinətləri də ödənilməyə başlanılıb.

Gürcüstanda isə…

Gürcüstanda da təqaüdçülər üçün müxtəlif güzəştlər nəzərdə tutulub. 2023-cü ildən pensiyaçılar üçün pensiya krediti üzrə faizlərin yuxarı həddi 26% təşkil edib. Belə ki, bank ilə müqavilə 7 il müddətinə imzalanır, bu müddət ərzində məbləği hökumət ödəyir.

Daha sonra, Gürcüstan hökuməti 2024-cü ildən xroniki xəstəlikləri olan təqaüdçülərin müalicəsi üçün pulsuz dərmanların verilməsi barədə qərar qəbul edib.

Azərbaycanda hansı güzəştlər var?

Azərbaycan təqaüdçülərinin ictimai nəqliyyatdan pulsuz və ya güzəştli şərtlərlə istifadə edilməsinə dair qərar yoxdur.

Lakin təqaüdçülər də daxil olmaqla bütün xəstəliklərin müayinə və müalicəsi dövlət xəstəxanalarında icbari tibbi sığorta hesabına aparılır. Əgər dövlət xəstəxanasında müraciət olunan problemlə bağlı lazımı tibbi avadanlıq və mütəxəssis yoxdursa, xəstə göndərişlə özəl tibb müəssisələrinə yönləndirilir.

2022-ci ildə ölkədə təqaüdlərin məbləği artırılanda sığorta prinsipi ilə pensiya alanlara 200 manat məbləğində maddi yardım da verilib. Həmin vəsait rüblər üzrə bölünərək pensiyaçılara ödənilib.

2023-cü ildə isə həmin maddi yardımlar bölünüb və bir aya düşən məbləği pensiyalara daxil edilib. Hazırda həmin yardımlar indeksləşidirilərək pensiya məbləği daxilində ödənilir.

Bundan başqa, ötən ildən Dövlət Sosial Müdafiə Fondundan (DSMF) pensiya alanlar üçün nağdsız alış-verişdə tərəfdaş şirkətlər tərəfindən güzəşt və endirimlər tətbiq olunur. Yəni təqaüdçülər layihəyə qoşulan tərəfdaş şirkətlərə aid market, aptek, klinika, sığorta, turizm və banklarda pensiya bank kartları ilə nağdsız alış-veriş etdikdə onlara güzəşt və endirimlər tətbiq olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*