Vaşinqton və Moskva Mərkəzi Asiya və Cənubi Qafqaz regionu uğrunda amansızcasına savaşır. Ukraynadakı müharibədən fərqli olaraq bu regionda qanlı döyüşlər getmir. Amma Cənubi Qafqazda ara-sıra silahlar danışır. Amma görünməz cəbhələrdə LGBT hərəkatı daha da genişlənib.
Təsadüfi deyil ki, bu ilin mart ayında Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistandan olan LGBT fəalları tərəfdarlarının dəstəyi ilə “IV Mərkəzi Asiya LGBT Platforması” adlı bir tədbir təşkil etmişdilər.
Ümumiyyətlə, artıq LGBT hərəkatının fəlsəfəsi haqqında çox adam məlumatlıdır deyə bu məsələnin üstündən keçmək olardı. Amma məsələ burasındadır ki, bu hərəkatın dərin qatlarında heç də insan hüquqları, “mavi”lərin cəmiyyətdən tam təcrid olunmaması detalları durmur. Məqsəd ənənəvi cəmiyyəti sarsıtmaqdır. Belə cəmiyyətlərdə istənilən təxribat üsulları rahatlıqla işə düşə bilir.
Xatırladaq ki, Azərbaycanda artıq siyasi, iqtisadi, ekoloji sahələrdə edilən cəhdlər, münaqişələrin həll olunmaması üçün vahid işlək mexanizmləri fiaskoya uğradı. Müzəffər Ali Baş Komandan 30 ilə yaxın davam edən qeyri-müəyyən vəziyyətə son qoyaraq Azərbaycan xalqının qələbə əzmini özünə qaytardı. Bu müddət ərzində sosial-iqtisadi islahatlar uğurla həyata keçirildi. Siyasi sabitlik davam etdi. Doğrudur, ölkəmizdə ciddi problemlər hələ də qalmaqdadır. Korrupsiya və rüşvətxorluq sahəsində təsirli tədbirlər həyata keçirilsə də, sanki görünməz əl bu prosesin pauza düyməsini basdı. Yenə də məmur özbaşınalığı davam edir, məhkəmə və bank sektorunda iqtisadi prosesləri əngəlləyən ciddi maneələr daha da dərinləşib. Kadr islahatları demək olar ki, dayanıb. 15 ildən artıq işləyən və demək olar ki, kiflənmiş icra başçıları hələ də kreslolarında qalmaqdadır. Yeni kadrların əksəriyyəti ona göstərilən etimadı doğrultmur. Bütün bu və sadalamağıdımız digər problemlərin mövcudluğu dövlət mülkünün təməlindən gündə bir kərpici qoparır desək, yanılmarıq.
Amma təsəllimiz odur ki, bütün dövrlərin tarixi şəxsiyyəti Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənələri hələ də yaşayır. Bunu, əlbəttə, Qərb və Rusiyanın kəşfiyyat orqanları, təxribatçı qrupları, beyin mərkəzləri dərindən bilir. Ümumi rəy isə belədir ki, yalnız LGBT sayəsində kök salmış problemləri nüvə hissəcikləri kimi hərəkətə gətirmək olar. Görünən odur ki, xarici qüvvələr dövlətçiliyi dağıdacaq, ölkənin yeraltı və yerüstü sərvətlərinə daha asan yolla sahib olacaq daha dərin planlarını işə salır və bu, qlobal miqyas alır.
Bu isə vətəndaş mövqeyini parçalayan LGBT hərəkatıdır. Çox təəssüflər olsun ki, Azərbaycan teleməkanında aparıcı simaların davranışlarında, təqdim edilən prorqam və layihələrdə hərəkatın tezisləri açıq-aydın hiss edilir. Hətta dövlət televiziyası kimi tanınan AzTV-nin dəhlizlərində LGBT kimi tanınan gənclərin say çoxluğunun şahidinə də çevrilmişəm. Demək olar ki, hüquq-mühafizə orqanlarını çıxmaq şərtilə əksər dövlət orqanlarında yad dəyərlərə sadiq olan kadrlara rast gəlmək mümkündür.
Bu elə platformadır ki, xərçəng kimi dövlətin bütün orqanizmlərinə yayılır. Ən mühüm məqam isə odur ki, LGBT bir təşkilat kimi ortalığa çıxmır, ayrı-ayrı platformalarda zühur edir. Davranış qaydalarında, səs tembrlərində, hadisələrə baxış bucağında, ictimaiyyətlə əlaqələrində belələrini dərhal müəyyən etmək olur.
ABŞ-da, Qərbdə son illərdə kəhkəşanlı partilər, konsertlər, gey paradlar, seminarlar və digər “mədəni” tədbirlər təsadüfən bu qədər miqyasda keçirilmirdi. Artıq apardığımız analizlər, açıq mənbələrdən əldə etdiyimiz məlumatlardan da görünür ki, koronavirus pandemiyası ilə paralel 2019-cu ildə qlobal hərəkata tam hazırlıq baş verdi. 2022-ci ildən isə aktivlik genişləndi. Hədəf 2025-dir. Artıq Özbəkistanda keçirilən seçkilərdə hərəkətlilik geniş miqyas alıb.
Azərbaycan dövlətinin əsaslarını dağıtmaq üçünsə ölkəmizdə keçiriləcək prezident seçkiləri “Qiyamət saatı” kimi qəbul edilib. Bu qəzəbli kolonun əsas missiyası yerli və beynəlxalq səviyyələrdə tarixdə görünməyən yeni düzəni formalaşdırmaqdır. Beləliklə, ən ali məqsəd Vezuvi vulkanı altında qalan Pompey şəhər-dövlətini indi Yer kürəsinin hər yerində bərqərar etməkdir.
Məsələn, ABŞ-ın Özbəkistandakı səfiri Conatan Henick kimi dövlət adamları dünyanı “göy qurşağı” kimi al-əlvan görmək istədiyini gizlətmədən bəyan edir. Yeri gəlmişkən, Rusiyada Vladimir Putin hakimiyyətinin qulağına pıçıldayan tapıldı ki, ruslar arasında kişi cinsindən olan cütlüyün evlənməsi və bu ənənənin xalqın mentalitetinə təntənəli şəkildə daxil olması daha dəhşətli fəlakətlərə yol açacaq. Belə davam edərsə, çox keçməyəcək, xəritədə böyük Rusiya Federasiyasının əvəzində Moskva Knyazlığı əks olunacaq. Odur ki, bütün dövlət strukturlarında “mavi” kadrlara və onları himayə edənlərə müharibə elan edildi. İndi Kremlin beyin mərkəzləri ideoloqlarla birlikdə fundamental tezislər hazırlamaqdadır. Artıq Putinin dili ilə biz bəzilərini eşitmişik.
KONKRET.az-ın dünənki sayında Con Kennedinin qardaşı oğlu Robert Kennedinin açıqlaması da təsadüfi verilməmişdi: “Amerikalılara elə su içirdirlər ki, axırda uşaqlar da dönüb “mavi” olacaq”. (https://konkret.az/robert-kennedi-amerikalilara-ele-su-icirdirler-ki-axirda-usaqlar-mavi-olacaq/)
Qlobal güclər dünya ölkələri arasında mədəni və sivilizasiya kodlarının fərqliliyini aradan tam qaldırmaq üçün bu hərəkatı genişləndirirlər. Əsasən də islam ölkələrində və yaxud bu dinə sitayiş edən əhalinin çoxluq təşkil etdiyi dövlətlərdə müxtəlif cinsi pozğunluqlar yayılmaqdadır. Bu gün dövlət strukturlarının elə rəhbərlərini tanıyıram ki, “gey”ləri, lezbiyanları və “mavi”ləri intellekt işığı hesab edir, onların zərərsiz olduğunu düşünür, ona görə də bu həyat tərzini istəyib-istəmədən təşviq edir.
Azərbaycanda yerli kütləvi informasiya vasitələrinin nümayəndələri arasında da belələri çoxalmaqdadır.
Bu gün Azərbaycanın ali siyasi rəhbərliyi və layiqli komanda üzvləri anlamalıdır ki, ideoloji anlamda “mavi”lər yeni dəyərlər sistemində qoyun dərisində canavar obrazıdır.
Bu hərəkat təkcə ailə dəyərlərini məhv etməyə çalışmır, dövlətə, dövlətçiliyə baxışlar kökündən dəyişir. Təsadüfi deyil ki, Müzəffər Ali Baş Komandan çıxışlarında qloballaşmanın mənfi təzahürlərini, kosmopolit baxışları lazım gəldikdə sərt tənqid edir.
QEYD: Bu gün bir sıra ölkələrdə Qərb diplomatlarının çıxışlarında altı qırmızı xətlə cızılan bir fikrə diqqət yetirmək kifayətdir: “Bizim xarici siyasət maraqlarımız dəyərlərimizə əsaslanır. Biz bu dəyərləri hər zaman paylaşmağa hazırıq”.
Azərbaycanda Prezident seçkilərinə hələ da var. Amma o günə qədər ölkədə kütləvi iğtişaşların formulasını tapmaq üçün paralel cəhdlər edilir. Dediyimiz kimi, bunlardan ən əsası LGBT platformasının hələ ki, uğurla həyata keçirilməsidir. Əminəm ki, Dövlət baba bunları görməzdən gəlmir.
Fadil Paşayev,
KONKRET.az
Çox gözəl yazmısız.
Haqsızlıq üzərində idarə edən hökümət, LGTB-yə dəstək verən “ədalətli” hökümətdən yaxşıdır
Yaxşı ki,bu mövzunu belə dərindən anlayan,analiz edən insanlar var.
Allah kömək olsun.