Azərbaycanda yaşa görə müavinət alanlara ŞAD XƏBƏRbackend

Azərbaycanda yaşa görə müavinət alanlara ŞAD XƏBƏR

Yaşa görə verilən müavinət artırıla bilər.

KONKRET.az Xəzər TV-yə istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda sayca 5-ci sosial paket icra olunub və bu 3 milyon insanı əhatə edib.

Sözügedən şəxslərin əməkhaqları, pensiyaları və müavinətləri artırılıb. Yaşa görə verilən müavinətin məbləği isə dəyişməyib. Amma bununla bağlı artıq artıq təkliflər hazırlanıb.

Millət vəkili bildirib ki, hazırda yaşa görə müavinətin məbləği 220 manatdır.

Qeyd edək ki, yaşa görə müavinətin məbləğinin 15 faiz artırılması təklif edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*