Azərbaycanda yenə zəlzələ oldu – YENİLƏNİBbackend

Azərbaycanda yenə zəlzələ oldu - YENİLƏNİB

Gün ərzində Hacıqabul rayonunda dördüncü dəfə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  KONKRET.az-a bildirilib ki, yerli vaxtla saat 20:28-də Şirvan stansiyasından 25 kilometr şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb.

Maqnitudası 3.7-yə bərabər olan yeraltı təkanların ocağı 2 kilometr dərinlikdə yerləşib.

Zəlzələ bu dəfə də hiss edilməyib.

11:41

Azərbaycanda zəlzələ olub.

Bu barədə KONKRET.az-a Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 10:40-da Şirvan stansiyasından 18 km şimal-qərbdə, Hacıqabul rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

Zəlzələnin maqnitudası 3,1 bal, dərinliyi 22 km olub.

Erşad üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*