Azərbaycanın qlobal əhəmiyyəti necə artır? – İlham Əliyev praqmatizmi…backend

Azərbaycanın qlobal əhəmiyyəti necə artır? - İlham Əliyev praqmatizmi...

Azərbaycanın təxminən 28 ildir apardığı balanslaşdırılmış və çoxvektorlu siyasət özünün praktiki əhəmiyətini saxlayır, son illər regionda və dünyada baş verən proseslər göstərir ki, bu siyasət öz miqyasını, təsir dairəsini və əhəmiyyətini daha da artırıb.

Mərhum Prezident Heydər Əliyev tərəfindən ən incə detallarına qədər konsepsiya halına salınan bu siyasət Prezident İlham Əliyev tərəfindən özünün qlobal əhəmiyyətini necə artırır?

Bu gün gərgin Ukrayna-Rusiya münasibətləri, Rusiya-ABŞ (NATO) danışıqları və Qazaxıstan hadisələri fonunda Prezidenti İlham Əliyevin tutduğu mövqe və atdığı addımların trayektoriyası dünyada sülhün və təhlükəsizliyin qorunması istiqamətində Azərbaycanın çox ciddi qlobal subyektə çevrildiyini ifadə edir.

– Yanvarın 14-də İlham Əliyev Ukraynaya səfər etdi. Gərginləşən Ukrayna-Rusiya münasibətləri zamanı İ.Əliyevin bu səfəri diqqət çəkməyə bilməzdi. Səfərin ardınca Əliyevlə Rusiya prezidenti Putin arasında telefon danışığı baş tutdu. Danışıq zamanı iki ölkə arasındakı münasibətlərin perspektivləri ilə bərabər ABŞ-Rusiya əlaqələri, Ukrayna-Rusiya arasındakı proseslər və Qazaxıstandakı hadisələr müzakirə olunub. Deməli, İ.Əliyev Ukrayna səfəri çox ciddi və qlobal əhəmiyyətli hadisədir.

– İ.Əliyev qlobal gücləri vahid platformaya, barışdırıcı müstəviyə dəvət edə bilən ən etibarlı və yeganə siyasi liderdir.

– Türkiyə prezidenti R.T.Ərdoğan Kiyevdə səfərdə olan İ.Əliyevlə Ukraynadakı vəziyyəti müzakirə etmək niyyətində olduğunu bildirdi.

– İsrail Prezidenti İshaq Hersoq Türkiyəyə səfər edə bilər. Görüş baş tutarsa, bu, İsrailin yüksək vəzifəli dövlət rəsmisinin 2013-cü ildən sonra Ankaraya ilk səfəri olacaq. Nəzərə almaq lazımdır ki, İsrail-Türkiyə arasında körpü rolunu oynayan dövlət Azərbaycandır və Qarabağ müaribəsindən sonra İsrail-Türkiyə arasında münasibətlər daha yumşaq və səmimi müstəviyə daxil olub. Bu hal Azərbaycanın dünyada sülh və əmin-amanlığın təmin olunmasındakı əvəzolunmaz rolunun ifadəsidir.

– Prezidenti İlham Əliyev yanvarın 15-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu vəziyyətin təhlili göstərir ki, Azərbaycan dünyada barışdırıcı missiyanın və sülh təşəbbüslərinin nüvəsini təşkil edir.

ABŞ-Rusiya, Rusiya-NATO, Ukrayna-Rusiya münasibətləri və Qazaxıstandakı hadisələr fonunda Azərbaycanın çoxşaxəli, praqmatik və təmkinli siyasəti özünün qlobal əhəmiyyətini daha da artırmaqdadır. Əvvəllər bunu təsəvvür etmək belə olmurdu. Həmişə kiçik dövlətlər arasında münasibətləri böyük dövlətlər tənzimləyirdi. İndi ərazicə kiçik dövlətlər arasında bir istisna var- Azərbaycan!

Azərbaycan böyük dövlətlər arasında münasibətləri tənzimləyən, bu münasibətlərin təzyiqini ölçən tonometrə çevrilib və sülhün, qarşılıqlı inamın, tərəfdaşlığın əsas vasitəsiçi və iştirakçısı rolunda çıxış edə bilir.

 

Müəllif: Samir Feyruzov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*