Azərbaycan və Türkiyə arasında daha bir memorandum imzalanıb.
KONKRET.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı ilə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı müqaviləyə imza atıblar.
Tərəflər bank məsələləri üzrə əməkdaşlığın inkişafına zəmin yaratmaq üçün anlaşma memorandumu imzalayıblar.
TCMB bu gün açıqlamasında müqavilənin 14 dekabr tarixində bağlandığını qeyd edib.