Azərbaycanla Ukrayna minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirirbackend

Azərbaycanla Ukrayna minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirir

ANAMA ilə və Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti humanitar minalardan təmizləmə sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə anlaşma memorandumu imzalayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev “X”də bildirib.

Onun sözlərinə görə, anlaşma memorandumu Tokioda UMAC-2025 konfransı zamanı imzalanıb.

“Azərbaycanlı tərəfdaşlarımıza onların dəstəyinə görə — birlikdə təhlükəsizliyə və ədalətli sülhə görə minnətdarıq!”, – diplomat qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*