Azərbaycanlı deputat “tiktok”da hesab açdı: Gördüm ki, bütün gənclər orada toplaşıbbackend

Azərbaycanlı deputat "tiktok"da hesab açdı: Gördüm ki, bütün gənclər orada toplaşıb

Milli Məclisin deputatı Ceyhun Məmmədov özünə “Tiktok” platformasında rəsmi hesab açıb.

Deputat bu addımı ilə ilkə imza atıb. O, “Tiktok”da hesab açan ilk millət vəkili olub.

KONKRET.az-ın xəbərinə, Ceyhun Məmmədov bildirib ki, “Tiktok”da gənclərin inkişafı üçün müəyyən işlər görmək mümkündür:

“Bilirsiniz ki, bu dəqiqə məlumatların çatdırılmasında sosial şəbəkələr ciddi rol oynayır. Bu gün insanlar zamanın böyük hissəsini sosial şəbəkələrdə keçirirlər. İndi ən çox “Facebook”, “Instagram”, rəsmi-siyasi məsələlərdə “Twitter”dən istifadə olunur. Amma bu gün gənclər daha çox “Tiktok”da toplaşıb. Ən çox videolar “Tiktok”da izlənir və bu şəbəkə getdikcə daha da populyarlıq qazanır. “Tiktok” dedikdə bizdə bəzən oranı o qədər də ciddi olmayan, daha çox əyləncə məkanı kimi xarakterizə edirlər. Amma mən hesab edirəm ki, bu gün “Tiktok”un imkanları, potensialı çox genişdir. Qısa videoları yaymaq üçün orada geniş imkanlar var. Gənclər arasında maarifləndirmə aparmaq üçün, onlara müraciət etmək üçün, faydalı məlumatları bölüşmək üçün bu platformadan istifadə etmək olar. Mən də uzun müddətdir ki, bu barədə düşünürdüm ki, nə dərəcədə səmərəli ola bilər. Amma izlənmə çox olduğuna görə, bir sıra hallarda fərqli videolar paylaşıldığına görə hesab etdim ki, burada gənclər və insanlar üçün faydalı olan videoları paylaşmaq olar və bu səbəbdən mən də orada hesab açdım. Düşünürəm ki, effektiv olacaq. Bəziləri oranı qeyri-ciddi qəbul edir, bəziləri düşünə bilər ki, rəsmi şəxslərin orada olması nə dərəcədə düzgündür. Amma hesab edirəm ki, bu, populyar bir şəbəkədir. Əyləncə ilə bərabər gənclərin təhsili, inkişafı istiqamətində, ümumilli məsələlərlə bağlı da fəaliyyət göstərmək lazımdır. Hesab edirəm ki, məndən sonra digər rəsmi şəxslər də bu platformadan istifadə edəcək”.

Ceyhun Məmmədov qeyd edib ki, təşəbbüsün əsas məqsədi “Tiktok”da müsbət dəyişiklilər etməkdir:

“Mənim bu təşəbbüsümün əsas məqsədi odur ki, əgər bir meydanda təhqir, qeyri-ciddi tipli paylaşımlar varsa, bununla mübarizə yolu onun qarşısına başqa istiqamətdə paylaşımlar çıxarmaqdır. Belə bir məşhur nəzəriyyə də var ki, idealogiyanın qarşısına idealogiya çıxarmaq lazımdır. Tutaq ki, bir meydanda hansısa xoşagəlməz hallar, videolar varsa, orada yalnız onlar yox, başqaları da olsun. Müxtəlif müsbət istiqamətli, nəsihətedici, məsləhət xarakteri daşıyan videolar da olsun. Biz orada yalnız əyləncə videoları görməyək, paralel olaraq təhsillə, həyata baxışla, fərdi inkişafla bağlı da videolar olsun. Hazırda Azərbaycanda sosial şəbəkələrin fəaliyyəti ilə bağlı müxtəlif müzakirələr aparılır. Bəzən təhqirlərə yol verilir, bu səbəbdən hesab edirəm ki, burada savadlı, bilikli, ölkəmizin gələcəyini düşünən insanlar da olmalıdır”.

Canlı yayımlarda göndərilən pullu hədiyyələrdən də danışan deputat orada vergi sisteminə ehtiyac olub-olmaması barədə də fikirlərini bildirib:

“Tiktok” getdikcə daha da genişlənir, müəyyən addımlar atılır. Biz əvvəlki dövrdə sosial şəbəkələrdə və ya xaricdəki müəyyən oyunlarla bağlı məsələləri müzakirə edirdik. Proses bu formada gedərsə, gələcəkdə hər hansısa bir qazancdan söhbət gedərsə, vergi məsələsi müzakirə oluna bilər. Bu gün vergi sistemində çox ciddi işlər gedir. Əgər gələcəkdə də burada kütləvilik, bu istiqamətdə addımlar müşahidə olunarsa, həmin məsələyə baxıla bilər. Amma mən hesab edirəm ki, müəyyən zaman lazımdır ki, bu proses təhlil olunsun. Bir reallıq var ki, oraya gənclərin meyli daha çoxdur və daha çox gənclərin toplaşdığı bir yerdir. Bundan da biz müsbət mənada istifadə etməliyik”. Azxeber.com

  • Tahir
    Yanvar 24, 2022 - 22:19

    Bədbaxtın oglu, sənin O BOYDA deputatlıq işin və məsuliyyətin var və sən bunları anlaya bilirsənmi? Sən hələ bir millət vəkili olaraq funksional vəzifələrini az da olsa yerinə yetirməyə çalışsan sənin Tik tok la məzələnməyə vaxtın hardan qalar. Niyə Tik Tok? Çünki sənin səviyyən deputatlıq deyil, tik yolluq səviyyəsindədir və əminəm ki, vaxtının çoxunu tik tokdan keçirirsən…
    P.S. Bu arada: bədbəxt sən yox sənin kimi deputatı olan millətdir…

Tahir üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*