Azərbaycanlı iş adamının oğlu məhkəmədə bələdiyyə sədrini DÖYDÜ + FOTOLARbackend

Azərbaycanlı iş adamının oğlu məhkəmədə bələdiyyə sədrini DÖYDÜ + FOTOLAR

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi, Meqion şəhərinin məhkəməsində azərbaycanlı iş adamı Quliyev Faiq Nəbi oğlunun övladları bələdiyyə nəzarəti şöbəsinin müdiri Semyon Qoliki döyüblər.

KONKRET.az xəbər verir ki, insidentə səbəb Semyon Qolikin 2023-cü ilin fevralında azərbaycanlı iş adamının oğluna hücum etməsi olub.

Fotoda Semyon Qolik

Faiq Quliyevin sözlərinə görə, oğlu və daha bir yeniyetmə axşam saatlarında onun mənzilinə domofonla zəng etdikləri üçün məmur tərəfindən döyülüb. Sonradan məlum olub ki, gənclər dostlarının yanına qonaq gəliblər. Lakin o, duşda olduğu üçün zəngə cavab verməyib. Həmin zəng Semyon Qolikin ailəsindən kimisə yuxudan oyadıb və sonuncu bundan qəzəblənib. Bundan sonra isə o, uşaqlara hücum edib.

Məlum olub ki, Quliyev Faiq Nəbi oğlu Rusiya vətəndaşıdır və 2021-ci ilin sentyabrından Megion Xantı-Mansi Muxtar Dairəsi – Yuqra şəhərində fərdi sahibkar kimi qeydiyyatdadır. Onun əsas fəaliyyət istiqaməti restoranlar və yeməklərin çatdırılması xidmətləridir.

Nazim QƏNİYEV,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*