Azərbaycanlı Cavid Abdurzayev Rusiya-Ukrayna müharibəsində həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə “yeni sabah”a onun yaxınları məlumat verib.
“Bender” ləqəbli C.Abdurzayev 2024-cü ilin dekabrında könüllü olaraq Rusiya ordusu sıralarına qoşulub, döyüşlərdə iştirak edib.
O, dekabrın ortalarında həlak olub. Amma ailəsinə yenicə məlumat verilib.
Qeyd edək ki, Abdurzayev Cavidan Məqsud oğlu 1 yanvar 1993-cü ildə anadan olub. Rusiya vətəndaşı idi.
2022-ci ildə Rusiya Federasiyası Kommunist Partiyasına qoşulub, Samara şəhəri Lenin rayon təşkilatında qeydiyyata alınıb.

