Azərbaycanlı müğənni qəribə həyat tərzi ilə hər kəsi təəccübləndirir – VİDEObackend

Azərbaycanlı müğənni qəribə həyat tərzi ilə hər kəsi təəccübləndirir - VİDEO

O, özünü Azərbaycan şou-biznesinə aid etmir.

Konkret.az BAKU.WS-a istinadla xəbər verir ki, Ukraynada yaşayan azərbaycanlı müğənni WhoSeindir. WhoSein Gəncə şəhərində anadan olub və 6-cı sinif qədər orda yaşayıb. Daha sonra ailəsi ilə birlikdə Ukraynaya köçüb.

Trap soul tərzində ifa edən WhoSein yalnız musiqi ilə məşğul olmur. Natavan Həbibinin milyondan çox izlənmə sayı olan “Qısqana-qısqana” mahnısına çəkilən klipin rejissorudur.

WhoSein ilə müsahibəi təqdim edirik:

– 6-cı sinifdən Ukraynada yaşayırsan. Əgər, Azərbaycanda yaşasaydın nə işlə məşğul olardın?

– Bəli, mən 6-cı sinifdə oxuduğum zaman Ukraynaya köçmüşəm. Son 4 il idi ki, Azərbaycandaydım. Azərbaycana yalnız layihələr olduğu zaman qayıdacam. Çünki orda məni başa düşən yoxdur.

– Özünü necə kəşf etdin?

– Düşünmürəm ki, hələ özümü kəşf edə bilmişəm. Daha mükəmməl işlər görmək üçün hələ üzərimdə çox işləməli və təcrübə yığmalıyam. Hələ hər şey qarşıdadır.

– Whosein həm də kliplər çəkir. Film çəkmək barədə düşünürsən
?

– Filmlər üzərində çalışmaq üçün hələ çox tezdir. Bunun üçün yaxşı təcrübə yığmaq lazımdır ki, mükəmməl iş görə biləsən.

– Azərbaycan estradasından kimləri bəyənirsən?

– Düşünürəm ki, mənim kimisə bəyənib bəyənməməyim elə də əhəmiyyətli deyil. Yəni nə onların məni bəyənməsi vacib deyil, nə də mənim onları.

– Zövqü formalaşdırmaq üçün nə etmək lazımdır? 

– Bu insanın içindən gəlir. Əgər bu onda yoxdursa, sonradan yaranmağını da gözləmək olmaz.

– İzləyicilərin səni çox sevir. Amma fanat kütlən və səni tanıyanlar azdır. Bu səni ruhdan salır?

– Mənim kütləm tamamilə başqa insanlardır. Hər kəsin məni tanımağı və başa düşməyi üçün çalışmıram. Kim məni başa düşəcəksə, o da dinləyəcək.

– Elə bir dövrdə yaşayırıq ki, keyfiyyətsiz iş belə irdən-birə bütün dünyada məşhur ola bilər. Və ya məşhur olmaq üçün elə Azərbaycanın özündə hər şeyə hazır olan insanlar var. Məşhurluq və şöhrət vacibdir?

– Bu sual çox maraqlıdır. Amma mən buna cavab vermək istəmirəm. Keyfiyyətli və keyfiyyətsiz iş təqdim etmək sənətçinin istedadına bağlı məsələdir, bu qədər.

– “25 film group”la hansı işləri görürsən? Azərbaycandan sənə rejissor kimi müraciət edən müğənnilər var?

– Bəli, Azərbaycan müğənniləri üçün kliplər çəkmişəm. Lakin mən hər kəs üçün çəkmirəm. Kim ürəyimə yatır, kiminlə rahat işləyə bilərəmsə onlar üçün. Onlar mənim nə istədiyimi başa düşür və mən düşünürəm ki, onlar həqiqətən də yaxşı sənətçidir. Ümumiyyətlə, Azərbaycanda əsl sənətçilər  barmaqla sayılacaq qədər azdır.

– Tərzin, klipdə istifadə etdiyin jest və mimikalar özünəməxsusdur.  Tərz yaratmaq üçün belə edirsən?

– Məni ümumiyyətlə “bomj”adlandırırlar. Hamı deyir ki, sən ümumiyyətlə “bomj” kimi geyinirsən. Amma ürəyim nə istəyir elə geyinib, elə davranıram.

Daha ətraflı video müsahibədə:

Lalə Ramizqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*