“Azəriqaz” İstehsalat Birliyinin smart kart tipli sayğaclarının fəaliyyətində problem yaranıb.
KONKRET.az xəbər verir ki, problem dekabrın 31-dən yanvarın 1-nə keçən gecədən qeydə alınmağa başlayıb.
“Azəriqaz” abonentləri qeyd edir ki, ödəmə terminallarında karta pul yükləmək mümkün olmur.
Məsələ ilə bağlı “Mpay” QSC açıqlamasında bildirib ki, hazırda “Azəriqaz” xidmətində, xüsusilə “Zenner” kartları ilə ödənişlərlə bağlı texniki nasazlıq müşahidə olunur: “Problem ümumi “Azəriqaz” sistemindən qaynaqlanır və onun aradan qaldırılması istiqamətində aidiyyəti üzrə işlər aparılır.
Nasazlıq aradan qaldırıldıqdan sonra ödənişlərinizi terminallar vasitəsilə bərpa edə bilərsiniz”.
Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək. (apa)
