Elm və Təhsil Nazirliyindəki təyinatlar – Sabiq deputatdan sərt MÖVQEbackend

Elm və Təhsil Nazirliyindəki təyinatlar - Sabiq deputatdan sərt MÖVQE 

“Elm və təhsil naziri Emin Əmrullayevin təhsillə heç bir əlaqəsi olmayan adamlara yüksək vəzifələr paylaması barədə yazım geniş rezonansa səbəb oldu”.

KONKRET.az xəbər verir ki, bu sözləri sabiq deputat Etibar Əliyev bildirib.

O daha sonra fikirlərini belə davam etdirib:

“İki faktı yazmışdım: E. Əmrullayev Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyində ümumtəhsil şöbəsinin müdiri vəzifəsinə (sonra Agentliyin rəhbərinin müavini oldu) “Azərşəkər” MMC də satış meneceri işləmiş Arslan Hacıyevi, Ümumtəhsil siyasəti şöbəsinə isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əməkdaşı olmuş Çapay Məmmədovu təyin edib.
Bu harasıdır…

Emin Əmrullayev Elm və Təhsil Nazirliyində təhsilin iqtisadiyyatı şöbəsinə müdir vəzifəsinə təyin etdiyi İlqar Bayramlı Ağsu rayonunda “Azgranata” MMC-də Maliyyə departamentinin direktoru vəzifəsində işləyib. Bəs ağızdolusu təhsilin iqtisadiyyatından danışanda inanmırdınız ki, “Azgranata” nəzərdə tutulur?

Təhsil institutuna direktor müavini təyin olunan Kənan Kərimli “Astaraçay” MMC-də şöbə müdiri vəzifəsində işləyib.

Təhsil İnstitunda Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinə direktor təyin olunan İbrahim Baxışlı “Azgranata” MMC-də Proqnozlaşdırma və təhlil şöbəsinin müdiri vəzifəsindən təhsil sisteminə adlayıb”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*