“Azərsu” gücləndirilmiş iş rejiminə keçirbackend

"Azərsu" gücləndirilmiş iş rejiminə keçir

“Azərsu” ASC 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

KONKRET.AZ xəbər verir ki, bununla əlaqədar, Səhmdar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.

Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz su təminatı məqsədilə bütün təşkilati və texniki tədbirlər görüləcək.

İstehlakçılardan xahiş olunur, su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.

  • Oktay Məmmədov
    Avqust 11, 2020 - 12:41

    Üumiyyətə son vaxtlar ” gücləndirimiş iş rejimi” ifadəsindən istifadə etmək rəhbər məmurlar tərəfindən dəbə çevriib.Əsiində iş elmi-praktik cəhətdən normativ texniki tələblər səviyyəsində quruub icra ounarsa heç bir yeni rejim tətbiq olunmaya ehytiyac qalmır.İçin Suyun qəbuu və istehaka veriməsi texnoogiyası ən ekstremal anların tələbərinə uyğun qurumalıdır ki, realıqdan kənara çıxmalar baş versə itkilər ya heç olmasın yada minimum olsun.

Oktay Məmmədov üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*