“Aztelekom” xidmətindən imtina edənləri 130 manat cərimələyir – Narazılıqbackend

“Aztelekom” xidmətindən imtina edənləri 130 manat cərimələyir - Narazılıq

“Bəzi bölgələrdə yüksək internet tarifləri ucbatından internet xidmətindən imtina etmək istəyənlərə qarşı yerli qovşaqların qanunsuz və ədalətsiz münasibət sərgilədiyi bildirilir. “Aztelekom” tərəfindən abonentə pulsuz təqdim edilən modemlər geri təhvil alınmır, əvəzində isə imtina etdiyinə görə ondan 130 manat cərimə tələb olunur”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial media hesabında yazıb:

“Vətəndaşlara bildirilir ki, aşağı qiymətlərlə internet xidməti təklif edən özəl provayderlər də tezliklə qiymətləri qaldıracaqlar. Normalda isə modemi təhvil verməklə xidmətdən sərbəst imtina etmək hüququnun olması vətəndaşa izah olunmalıdır. Xatırladıram ki, “Aztelekom” dövlət şirkəti son 2-3 ildə bölgələrdə yeni GPON infrastrukturu qurduqdan sonra “Huawei” şirkətindən aldığı modemləri vətəndaşlara pulsuz təqdim etməklə, minimal 18 manat (40 Mbit/s) olmaqla bir illik internet xidməti müqaviləsi bağlayıb.

İndi isə, 15 avqust tarixdən başlayaraq “Aztelekom” minimal tarifləri 25 manata (100Mbit/s) qaldırıb.

Bundan sonra, bu internet sürətlərinə ehtiyacı olmayanların seçimləri olmadığından xidmətdən imtina etməsi, xidmətə bağlanmaq üçün qonşularla “şərikli internet” seçimi etmələri haqqında sosial mediada məlumatlar açıqlanıb.

Yeri gəlmişkən, Antiinhisar Dövlət Xidməti “Aztelekom” təbii inhisar subyektinin minimal tarif artımını qanunsuz hesab edib və araşdırmalar başladıb”.

Aygün Mirakif,

KONKRET.az

  • Röya
    Avqust 22, 2024 - 16:49

    İnternet hər kəsin həyatın məhv edib.
    Allahdan arzu edirəm ki İnternetdə ancaq dövlət işlərində istifadə olunsun.
    Sovet dövründə ki kimi hamı kitab oxumağa qayıtsın.
    Şüa hamının beynin yuyur yavaş-yavaş

    • Selim
      Avqust 23, 2024 - 01:25

      Tam doqru dediniz qozel insan sizinle tam raziyam

    • Ali
      Avqust 23, 2024 - 06:12

      Internet olmasaydi heç bu yorumu bura yaza bilmeyeceydiz, etirazınızı deye bilmeyeceydiz

    • Avqust 23, 2024 - 10:59

      Dübya internetlə inkiçaf edir

    • İmaməli
      Avqust 23, 2024 - 12:32

      İnternet heç kimin həyatını məhv etməyin, sadəcə olaraq düzgün istifadə edə bilməyənlər özləri öz həyatını məhv edib. Kitab oxumaq faydalıdır ama baxır hansı kitabları bunun üçün də məlumdur ki, pul lazımdır ama istəyim məlumatı internetdən araşdırıram rahat. Demək ki, problem insanların özündədir.

    • Səxavət
      Avqust 23, 2024 - 21:42

      Duz

    • Aftandil
      Avqust 26, 2024 - 09:32

      Sizinlə tam razıyam.

  • Murad
    Avqust 22, 2024 - 17:31

    1nci illik 18 manata müqavilə var,2nciside ölkədə nəyinsə qiyməti qalxanda bu dərəcədə qalxmaz axı,heç kim istifade etmek istemir her kes narazidir

  • Elnur
    Avqust 22, 2024 - 21:00

    Cammati aldadib nece firlatdilar bir A4 cagiz birde komputer yalandan bir iki punkt yazilar oxuyram men bas tapmiram huquq fakultesini men gozel qiymetlere bitiren adam olar yazan yazini basa dusmurem ve sonda en gozel variant qonsular birlessin fsyo

  • Kamran
    Avqust 22, 2024 - 21:40

    Heç olmasa 20 Azn olmalıdır internet 25 çoxdurrrrrrrrrrr

  • Haller
    Avqust 22, 2024 - 22:44

    Kor, kar, lal…

  • Çingiz
    Avqust 22, 2024 - 23:02

    Deyen lazımdır ki. Nə xidmət göstərirsiz ki, hələ bir qiymət də qaldırırsiz?

  • Rəfayel
    Avqust 22, 2024 - 23:02

    Salam sizə bildirirəm ki 40Mbit/s verilməli internet sürət 18manat hər dəfə ödəniş etmişəm internet sürəti elə olur 20Mbit/s sürətdən də aşağı olur heç sürət 40Mbit/s olmur.

  • Şölə Abbasova
    Avqust 22, 2024 - 23:09

    20manat edin heç olmasa sürəti azaldın mən evdə neynirəm sürəti çox olsun ya könüllü edin kim istəyir 25manatliğa qoşulsun cərimə yazmaqla deyil ki heç kim islətməyəcək

  • Pərviz
    Avqust 22, 2024 - 23:14

    Alirsa hec olasaa qaldirsun internetin surətini sonra qaldirsin qiymət adi cəkilənnən surət ölüb yox vəziyyətindədi

  • Pərvin
    Avqust 22, 2024 - 23:44

    Çox bahadır hərkəs çox narazıdır bu qədər də insafsızlıq olmaz gücümüz çatmır ödəməyə internetsizdə mümkün deyil danışıq var məktəblər açılır uşağın dərsi var bunu edən kasıbları düşünmür görəsən

    • aylin
      Avqust 23, 2024 - 01:34

      elbette kime lazımdı bu bahaligda internet . camaat çörək pulunu gücle tapır

  • Mehman
    Avqust 23, 2024 - 00:34

    Hamı narazıdır heç kim sizin qoydugunuz cərimənidə ödüyəsi deyil mən 1 illiyinə sizin verdiyiniz müqaviləni imzaladım ki 1 il müddətinə 21 azn 1 ildən sonra isə 18 azn ödüyəcəm ama siz endirmək əvəzinə bizi hamını aldadıb 1 il sonra 25 27 azn eleyirsiniz mənim fikrimcə hətda cox insan düşünürki internetin öz dərəcələri olmalıdı əvvəlki kimi 10 15 20 25 azn

  • Elshan
    Avqust 23, 2024 - 00:55

    Doğurdanda gülüncdür bu şirketler ağ edib,
    100mbps ferdi ev uçun neye lazimdir? Şirket uçun istifade olunur 100mbps, ev ucun normalda 10,20 mbps de kifayet edir,
    Hele hele kefiyyetide yoxdur, online oyunlarda bele berbaddır, 100mbsp 1,2 ay işledecem, kefiyyet olmasa erize yazıb bağlatdıracam, 2 ildir 40mbps isledirem kefiyyet gormedim baktelekomda, adı GPON deyile GOP sirketidir:))))

  • Elkin
    Avqust 23, 2024 - 01:19

    AZTELEKOM Böllrdə 40 yox 1 meqabit sürətli internet verir.Masalıda şəxssən 40 meqabit internet yoxdu.İnternet də pox kimidi ayibdi.50 dəfə xət dətişdirillər adama .Modemi də özümüz alırıq.Yağış yağır qar yağır internet voopşe 0

  • Baş hərfi M
    Avqust 23, 2024 - 03:10

    Vallah 40mp sürət heç görməmişik.modem zay yorulmusuq usta cagirmaqdan.ustada gelir arxasından neşe çıxarır modemin spirte batırıb soxur yerine.25m qaldırıb 100mp sürət verseler itkiminuluyaram

  • Ebelfez
    Avqust 23, 2024 - 03:58

    Mən işığa ekanomiya edirəm 12manat isdediremse internetə niye 25man verməliyəm ?Onda əziyyət çəksinlər internetdə elə etsinlər ki kim çox isdedir çox pul versin kim az isdifade edir çox versin Onsuzda uşaqlar məhv olur hamı internetdədi

  • Həmid
    Avqust 23, 2024 - 09:24

    Müqavilə bağlayanda 18 manata bağlamışıq. 25 m. ödəməkdən imtina edəndə nə əsasla cərimə edirlər. Deyirlər ki bir il tamam olandan sonra imtina edə bilərsən. Antiinhisar Dövlət Xidməti bir aydır yoxlamalara başlayıb xeyri yoxdur. Necə deyərlər çax-çax başın ağrıdır dəyirman bildiyini edir.

  • Vasif Nuriyev
    Avqust 23, 2024 - 10:34

    Mən naraziyam Muqaviləbin şərtlərin poza bilməz. Mən onlari məhkəməyə verib rəzminat alaram xəbərləri olsun

  • Vasif
    Avqust 23, 2024 - 10:37

    Vallah 40mp sürət heç görməmişik.modem zay yorulmusuq usta cagirmaqdan.ustada gelir arxasından neşe çıxarır modemin spirte batırıb soxur yerine.25m qaldırıb 100mp sürət verseler itkiminuluyaram

    • vidadi
      Avqust 23, 2024 - 13:01

      0509892659

  • Vilayət
    Avqust 23, 2024 - 13:15

    Sürət deyildiyi kimi güclü deyil.Küləkli,yağışlı havada yox dərəcəsindədir.Qiyməti artırmaq əvəzinə keyfiyyəti artırın.Əlbəttə ki, qiymət artımından narazıyam.Qiymət artımı məni sıxıntıya salacaq.İstifadəçiyə seçim haqqı verilməlidir.Hər kəs büdcəsinə görə sürət seçməlidir!

  • Seymur
    Avqust 23, 2024 - 14:43

    Salam məndə 18 manata qol cəkmişdim qiymət qalxdi hal hazirda internetimizin vaxdi bitib ödüyə bilmirəm.Xahiş edirəm tədbir görəsiniz

  • Ramin
    Avqust 23, 2024 - 18:42

    2 divar qonşu birləşib yarı-yarı ödəniş edib istifadə edə bilər. Əgər belə olsa bütün provayderlər nəticə etibarı ilə maddi geri düşəcəklər. Bu çox gözəl plandır. Hər kəsi bu plan üçün hərəkətə keçməyə çağırıram.

    • Aydin
      Avqust 23, 2024 - 22:13

      Aztelekom Huavey wifini 30 manata mene verib. En axmaq internetdi. 81ci ilden mende olan nomreden de imtina etdim, ishletmirem. Qacdim Aztelekomdan

  • Emin
    Avqust 23, 2024 - 21:21

    Deyirəm nə at oynadırlar halaldı da

  • Səxavət
    Avqust 23, 2024 - 21:55

    Bəs ay gponcular həftədən artıq bizim sovetlikdə İnternet hava şəraiti ilə bağlı olmadı.gəlib də duzəltmədiz.tədbir gormediz.butun bayram günlərində evdə internet olmadi.ancaq pulunu aldiniz.bəs onda biz muqaviləni pozduq?muqavile baglamaqdan ötrü gərək müqavilənin funksiyasını bilmək lazımdır.

  • Orxan
    Avqust 23, 2024 - 23:28

    100 mb imtermet sradan vətəndaşın neynə lazımdı? Nə evdə vervis işlətmiriy nədə şirkət, imternet kub qurmamışığki o yükseyde internet işlədəy. 18 manatlığ yetərincə bes edirdidə. Minumum sürət 100mb dan başlaması çox qəribədi heç inkişaf etmiş dövlətlərdə bələ deyil.

  • Əhməd
    Avqust 24, 2024 - 08:20

    Aztelekom Və ya digər provayderlər heçbiri fərqli deil Zəngin ölkədə yaşayırığ İnternet 25 azn sürət 0 problemdi milləti boş boş aldatmıyın son dövürlərdə qiymət artımları daha çoxalıb ama keyfiyyət 0 dır insanlar narazılığ edir fikir verən yoxdur . Sosial şəbəkələrdə narazılığ edilməməlidir aydiyyatı qurumlara toplum olarağ şikayət edilməlidir baxılmır Toplum olarağ Ölkə olarağ hamı bir nəfər kimi Həmin İnternet tarifləri Provayder Hansı şirkətdirsə hər kəs bir olub imtina ərizəsi verərək düzəliş edilə bilər Düşünün Hansı ki Market və yaxud İnternet Şirkəti Alıcısı olmasa isdifadəçisi olmasa nə cür fəaliyyət gösdərəcək ya düzəliş edilərək qiymət normala endirilib Tam yüksək sürətli internetlə təmin edəcək Oları etməsə bağlıyacaq. Amma burda bir şey var Əhali narazılığ edə edə işlədir qiymət qalxımına susur və s digərləri modem məsələsinə qaldığda isdəmirəm mən 3 moden var apar özüm qoşum 130 azn cəriməyə qaldığda hansı səbəbdən nəyə əsasən 130 azn cərimə təyin edir ? İnterneti zəif pis olduğu üçün azad ölkə azad söz və s. İstəmirəm sürət zəif və qane etmir ödəniş çoxdur sərbəst isdifadə edə bilmədiyim üçün imtina edirəm buna heçbir şirkət və ya qurum cərimə təyin edə bilməz .!!

  • Gündüz
    Avqust 24, 2024 - 09:44

    Aztelekom vətəndaşı 130 azn cərimə edə bilməz çünki müqavilədə 18 azn qeyd olunub. İndi isə 25 azn ə qaldırılıb əksinə vətəndaş Aztelekom u qiyməti qaldırdığı üçün məhkəmə yə verib müqaviləni bir tərəfli pozduğu üçün təzminat tələb edə bilər

Çingiz üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*