Qızlarını döyən ata həbs olundu – YENİLƏNİBbackend

Qızlarını döyən ata həbs olundu - YENİLƏNİB

Bakıda azyaşlı qızına fiziki şiddət göstərən ata saxlanılıb, cinayət işi başlanılıb.

KONKRET.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov APA-ya bildirib ki, görüntülər araşdırılıb.

“Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir”.

***

Qızlarına şiddət göstərən Elnur Məmmədov barəsində məhkəmənin qərarı ilə 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Bu barədə DİN-in Mətbuat xidmətindən KONKRET.az-ın sorğusuna cavab olaraq bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*