Bahçelidən İLGİNC TƏKLİF: “Kürd və ələvilər vitse-prezident təyin olunsun”backend

Bahçelidən İLGİNC TƏKLİF: “Kürd və ələvilər vitse-prezident təyin olunsun”

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi müttəfiqi Dövlət Baxçalı kürd və alevi icmalarını təmsil edən şəxslərin vitse-prezident vəzifəsinə təyin olunmasını təklif edib.

KONKRET.az xəbər verir ki, bu barədə o, iyulun 18-də partiyasının İcraiyyə Şurasının iclasında çıxışı zamanı danışıb. Baxçalı qeyd edib ki, bu addım ölkədə milli birliyin möhkəmlənməsinə, etnik və məzhəbi gərginliyin azalmasına töhfə verə bilər.

“Biz birlikdə türk millətiyik. Kürd və alevilər də bu millətin ayrılmaz hissəsidir,” – deyə partiya lideri vurğulayıb.

Onun bu çağırışı Türkiyədə PKK terror təşkilatı ilə bağlı sülh təşəbbüslərinin yenidən gündəmə gəldiyi bir vaxta təsadüf edir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*