Evini kirayə vermək istəyənlərə VACİB XƏBƏR: Qazandığınız puldan bu qədər çıxılacaq…backend

Evini kirayə vermək istəyənlərə VACİB XƏBƏR: Qazandığınız puldan bu qədər çıxılacaq...

Fiziki şəxslərə məxsus yaşayış sahələrinin kirayəyə verilməsindən əldə olunan gəlirlər vergiyə cəlb ediləcək. Layihəyə əsasən, evlərin fiziki şəxslərə kirayə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq. Bəs, bu bazarda kirayə qiymətlərinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan əmlak eksperti Anar Nəsirov bildirib ki, bu, əslində yeni tətbiq olunan vergi növü deyil:

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ | KONKRET

“Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, əgər əmlak sahibi öz mülkiyyətindən gəlir əldə edirsə, yəni evini fiziki şəxsə kirayə verirsə, həmin gəlirdən 10 faiz vergi ödəməlidir. Əgər əmlak sahibi vergi orqanında qeydiyyatda deyilsə, o zaman VÖEN açmalıdır, hər ay hesabat təqdim etməli və rübdə bir dəfə vergi ödəməlidir.”

Ekspertin sözlərinə görə, əgər kirayə götürən şəxs vergi ödəyicisidirsə, bu zaman o, ümumi kirayə məbləğindən 10 faizi çıxaraq vergini birbaşa vergi orqanına ödəyir:

“Məsələn, kirayə haqqı 1000 manatdırsa, ondan 100 manat vergi kimi tutulur, qalan 900 manat isə ev sahibinə verilir.”

Anar Nəsirov hesab edir ki, yeni layihənin kirayə bazarına ciddi təsiri olmayacaq:

“Bu, illərdir qüvvədə olan qaydadır. Sadəcə, indi daha aydın şəkildə tətbiqi nəzərdə tutulur. Onsuz da kirayə verənlərin təxminən 75 faizi vergi vermir, yəni vergidən yayınır. Buna görə də dəyişiklik kirayə qiymətlərinə təsir göstərməyəcək.”

Ekspertin fikrincə, əsas məqsəd qeyri-rəsmi kirayə bazarını tənzimləmək və vergidən yayınmanın qarşısını almaqdır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*