Bakı Avrasiya Universiteti tələbənin müraciətinə və media sorğusuna cavab vermir – FOTObackend

Bakı Avrasiya Universiteti tələbənin müraciətinə və media sorğusuna cavab vermir – FOTO

Tələbə müraciəti və media sorğusu cavabsız qaldı.

KONKRET.az xəbər verir ki, nocomment.az-ın redaksiyasına müraciət edən İlahə Hüseyn qızı Bayramlı, 2025-ci ildə Bakı Avrasiya Universitetinin “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə 25/1 saylı qrupun 1-ci kursuna qəbul olub və 1200 AZN təhsil haqqı ödəyib. Lakin ailə vəziyyəti ilə əlaqədar təhsilini davam etdirə bilmədiyi üçün sentyabrın 24-də universitet rəhbərliyinə rəsmi məktubla müraciət edərək ödənişin geri qaytarılmasını xahiş edib.

Tələbə rəsmi məktubdan öncə həm dekanlıqda, həm də rektoratda olub və rektor köməkçisi ilə görüşərək vəziyyəti izah edib. Buna baxmayaraq, bir aydan artıq müddət keçməsinə baxmayaraq, müraciətinə hələ də cavab verilməyib.

Məsələ ilə bağlı saytımız tərəfindən 21 oktyabr 2025-ci il tarixində universitetin rektorluğuna rəsmi sorğu göndərilib. Lakin universitet rəhbərliyi bu günə qədər mediaya da heç bir cavab təqdim etməyib.

Qeyd edək ki, təhsil müəssisələrinin qanunvericilik və ictimai məsuliyyət prinsiplərinə görə, tələbələrin rəsmi müraciətlərinə və mediadan gələn sorğulara vaxtında cavab verilməsi həm şəffaflıq, həm də etimad baxımından mühüm əhəmiyyət daşıyır.

Məsələ ilə bağlı universitet rəhbərliyinin cavabı redaksiyamız üçün açıqdır və mövqelərini işıqlandırmağa hazırıq.

Redaksiya qeyd edir: Tələbə tərəfindən edilən müraciət və media sorğusuna cavab verilməməsi cəmiyyətdə ali təhsil müəssisələrinin vətəndaş müraciətlərinə yanaşması ilə bağlı suallar doğurur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*