Bakı merinin xidməti maşını sürücülərin yolunu kəsdi və… – VİDEObackend

Bakı merinin xidməti maşını sürücülərin yolunu kəsdi və... - VİDEO

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun xidməti avtomobili kameraya düşüb. Videogörüntü sentyabrın 4-də, paytaxtın Qurban Abbasov küçəsində qeydə alınıb.

KONKRET.az xəbər verir ki, icra başçısına məxsus 10-AA-008 qeydiyyat nişanlı avtomobili idarə edən sürücü sözügedən küçədə ikinci cərgədə park edərək hərəkətə mane olub.

Onun sağında dayanan digər avtomobil isə sürücü ilə söhbət edərək yolda hərəkəti tam məhdudlaşdırıb.

Qeyd edək ki, ikinci cərgədə dayanma-durma qaydasının pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə 2 bal 80 manat məbləğində cərimə nəzərdə tutulub.//Avtosfer.az

  • Haller
    Sentyabr 7, 2024 - 00:45

    Avropani ikili standartlarla qinayanlar, subut edin ki, sizde qanun alidir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*