Bakı metrosunda yaşlı qadın stansiya yoluna düşərək öldübackend

Bakı metrosunda yaşlı qadın stansiya yoluna düşərək öldü

Saat 6:30 radələrində Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasında 60-70 yaş arası qadın sərnişin qəfil stansiya yoluna düşüb.

Bu barədə KONKRET.az-a Bakı Metropoliteni QSC-dən bildirilib.

Yüksək gərginlik çıxarılıb. Təcili tibbi yardım xidməti dəvət olunub. Metropolitenin stansiya növbətçisi və polis əməkdaşı hərəkətsiz vəziyyətdə olan sərnişini stansiya yolundan çıxarıblar.

Təcili tibbi yardım personalı ölüm faktını təsdiq edib. Allah rəhmət eləsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*