Bakı-Sumqayıt istiqamətində hərəkət edən ekspress qatarı kontakt şəbəkəsində yaranmış nazaslıq səbəbindən yolda qalıb.
KONKRET.az xəbər verir ki, ona görə də, 07-45-də Sumqayıtdan hərəkət etməli olan qatar gecikib. Eyni zamanda 07-35-də Sumqayıtdan hərəkət etməli olan qatar nasazlıq səbəbindən gecikib.
Nəticədə hər iki qatarın sərnişinləri Sumqayıt-Pirşağı- Bakı istiqamətində hərəkət etməli olan qatarlara yönəldilib. Bu isə həmin qatarlarda sıxlıq və sərnişinlər arasında gərginliyə səbəb olub. Həmin istiqamətdə qatarlar 10 dəqiqədən artıq gecikib.
Qeyd edək ki, son günlər Bakı-Sumqayıt qatarlarında gecikmə halları intensivləşib. “Azərbaycan Dəmir Yolları” isə bir neçə gün əvvəl gücləndirilmiş iş rejiminə keçdiyini açıqlamışdı.