Bakı və İrəvandan İstanbula bilet qiymətindəki kəskin fərqlə bağlı AZAL-dan AÇIQLAMAbackend

Bakı və İrəvandan İstanbula bilet qiymətindəki kəskin fərqlə bağlı AZAL-dan AÇIQLAMA

Sosial şəbəkələrdə Bakı və Yerevandan İstanbula yerinə yetirilən reyslərə aviabiletlər arasında böyük fərqin olduğu haqqında məlumatlar yayılır. Xüsusilə 2 fevral tarixinə olan qiymətlərə istinad edilir. Belə ki, yayılan məlumatda Bakıdan İstanbula olan biletin qiyməti 270 manat, İrəvandan İstanbula isə 45 dollar (76 manat – red.) göstərilib.

Bu barədə KONKRET.az-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, aviaşirkətlərdə sərt tariflər yoxdur – aviabiletlərin qiymətləri aviaşirkətlər tərəfindən daimi təsbit edilmir. Bu qiymətlər tələbat və təklifdən, təyyarədə yerlərin dolmasından, alış tarixindən, bayram və məzuniyyət dövründə tələbatın artması ilə əlaqədar mövsümi dəyişikliklərdən asılı olaraq müəyyən edilir:

“Dünya təcrübəsinə əsasən, aviabileti mümkün minimal qiymətə əldə etmək üçün sərnişin onu qabaqcadan almalıdır, belə ki, hər reysdə aviabiletlərin sayı çox məhduddur.

Bu səbəbdən, əgər aviaşirkət biletləri yeni satışa çıxarırsa, təbii ki, bu biletlərin qiyməti həmin istiqamətdə biletləri çoxdan satan aviaşirkətlərin qiymətindən aşağı olacaq.

Bundan başqa, Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan “Buta Airways” aviaşirkətinin bütün istiqamətlərdə minimal tarifi, koronavirus pandemiyasına qədər olduğu kimi, 29 avroya qədər azaldılacaq. Bu günlərdə bu barədə rəsmi məlumat veriləcək”.


 

 

 

  • Bakidan
    Yanvar 14, 2022 - 08:58

    Resmi cavabdan , anLamaq olar ki …yedin -yemedin Canik cani haqqi awagi yeri yoxdur …..

  • Seymur
    Yanvar 14, 2022 - 14:38

    Meger birinci gundur Azal vetendaşlarin qanini içmeye çalişir?! Her zaman şişirdilmiş qiymetler olub Azalda. Azerbaycan Avropa Ittifaqi ile assosiasiya muqavilesini imzalamiş olsa, inşallah ki , imzalayar o zaman neinki Istanbula, hetta Berline, Romaya, Parise ve s. biletlerin qiymeti 50 avro deyerinden artiq olmaz. Avropa ile Şerq terefdaşligi plani uzre olan 5 6 olkeden yegane Azerbaycan hemin muqavileni hele ki, imzalamayib. Bu muqavile azal kimi qan içen şirketlerin sonu ile neticelenecek. Eyni zamanda Rusiyanin imperialist siyasetinden qurtulmuş olariq.

    • faxhri
      Yanvar 14, 2022 - 20:27

      Azal kimindir?ay bədbəxt xalq,un ,çörəyi kim qalxırdı,heç qozuna da deyil ki, millet necə yaşayır….

Bakidan üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*