Bakı və Moskva üçün yeni imkan: Əliyevin bu addımı hər şeyi dəyişdibackend

Bakı və Moskva üçün yeni imkan: Əliyevin bu addımı hər şeyi dəyişdi

Azərbaycan-Rusiya münasibətlərinin normallaşması hər iki tərəf üçün qazanclı addım kimi qiymətləndirilir. Analitiklərin fikrincə, iki qonşu ölkə arasında emosiyasız, praqmatik təmasların davam etdirilməsi regional sabitlik üçün vacibdir.

Xüsusilə prezidentlərin görüşündən sonra Rusiyada azərbaycanlılara qarşı təqiblərin dayandırılması istiqamətində də müsbət impulslar gözlənilir. Bakının son olaraq “Sputnik Azərbaycanın” rəhbərinin azadlığa buraxılması jestinə Moskvanın da eyni şəkildə müsbət qarşılıq verəcəyi güman olunur.

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Azərbaycan və Rusiya münasibətlərinin gələcək inkişafı üçün geniş perspektivlər mövcuddur:

“Son yaşanan gərginlik, əsasən Rusiya tərəfinin müəyyən səhvləri ilə bağlı idi. Təyyarə insidenti və bu hadisədən sonra Moskvanın sərgilədiyi mövqe Bakıda müəyyən məyusluq yaradaraq münasibətlərin gərginləşməsinə səbəb oldu. Azərbaycan dövləti, xüsusilə Prezident İlham Əliyev vətəndaşların hüquqlarının qorunması istiqamətində ardıcıl və prinsipial mövqe nümayiş etdirir. Təyyarə qəzası və Yekaterinburqda baş verən hadisələr zamanı dövlətin geri addım atmaması vətəndaşların hüquq və təhlükəsizliyinə nə qədər həssas yanaşdığının göstəricisidir”.

Politoloq qeyd edib ki, Düşənbə görüşü ilə iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin başlandığı müşahidə olunur:

“Bakı və Moskva arasında əməkdaşlıq əlaqələri bərpa edilir və inkişaf istiqamətində addımlar atılır. Hazırda iqtisadi və enerji sahələrində birgə layihələrin icrası üçün real imkanlar mövcuddur. Keçmişdə olduğu kimi, gələcəkdə də Azərbaycan-Rusiya əməkdaşlığının daha da dərinləşəcəyi, yeni layihələrin reallaşacağı gözlənilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*