Bakıda 3 200 manatlıq rabitə kabeli oğurlayanlar saxlanıldıbackend

Bakıda 3 200 manatlıq rabitə kabeli oğurlayanlar saxlanıldı

Polis əməkdaşaları paytaxtın Yasamal rayonu ərazisində 3 200 manatlıq rabitə kabeli oğurlayan şəxsləri saxlayıblar.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon ərazisində yerləşən rabitə quyularından birindən 3200 manat dəyərində kommunikasiya kabelinin oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə məlumat daxil olub.

Həyata keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Vüsal Fidayev, Ramil İsmayılov və Şəmsəddin Dadaşov müəyyən olunaraq saxlanılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*