Bakıda ana qızına qarşı seksual xarakterli hərəkətlər edən ərini bağışladıbackend

Bakıda ana qızına qarşı seksual xarakterli hərəkətlər edən ərini bağışladı

Bakıda öz qızına qarşı seksual xarakterli hərəkətlər edən Nəriman Abbasquliyevin məhkəmə prosesi başa çatıb.

KONKRET.az-ın məlumatına görə, 30 yaşlı Nəriman məhkəmənin qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ittiham olunub.

14 yaşına çatmamış doğma qızına qarşı əxlaqsız hərəkətlər edən Nəriman məhkəmədə ifadə verməkdən imtina edib. O illkin ifadəsində hadisəni narkotik vasitələrin təsiri altında etdiyini bildirib.

Bakı Ağır Cinayərlər Məhkəməsində ifadə verər zərərçəkmişin qanuni nümayəndəsi, Nərimanın həyat yoldaşı Məleykə Abbasquliyeva isə ərindən şikayətçi olmadığını bildirib.

Qeyd edək ki, hadisə Buzovna qəsəbəsində baş verib. Adlar mövzuya görə şərti qeyd olunub.

Ağagül Mürsəlov,

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*