Bakıda BMW sürücüsündən təhlükəli manevr: Araşdırmalara başlanıldı – ANBAAN VİDEObackend

Bakıda BMW sürücüsündən təhlükəli manevr: Araşdırmalara başlanıldı - ANBAAN VİDEO

Bakıda BMW markalı avtomobil təhlükəli manevr edərək digər nəqliyyat vasitələri üçün təhlükəli anlar yaradıb.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.

Videoda sürətlə hərəkət edən sürücünün dairəvi yolayrıcını keçmə qaydalarını pozduğu görünür. Bu zaman o, idarəetməni itirir və qarşı yola çıxaraq digər hərəkət iştirakçıları üçün təhlükəli anlar yaşadıb.

Hadisə Bakıda Qafur Murad küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.

Həmin görüntüləri təqdim edirik:

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, görüntü ilə bağlı araşdırmalara başlanılıb:

“BMW markalı nəqliyyat vasitəsinin sürücüsünün kobud şəkildə yol hərəkəti qaydalarını pozaraq həm özünün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükəyə atmasını əks etdirən görüntü ilə əlaqədar tərəfimizdən araşdırma aparılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*