Bakıda borclunu oğurlayıb işgəncə verən kriminal dəstə üzvü Yerevanda medal qazanıbmış – FOTOLARbackend

Bakıda borclunu oğurlayıb işgəncə verən kriminal dəstə üzvü Yerevanda medal qazanıbmış - FOTOLAR

Bakıda borclu olan şəxsi oğurlayan, işgəncə verən və pul tələb edən kriminal dəstənin üzvlərindən birinin kimliyi müəyyənləşib.

Konkret.az Demokrat.az – a istinadən bildirir ki, oxu.az-ın araşdırmasına görə, 1992-ci il Sumqayıt sakini Fəqan Eminoğlu cüdo millimizin sabiq üzvüdür.

O, 2009-cu ildə Ermənistanın paytaxtı Yerevanda keçirilmiş cüdo üzrə gənclərin Avropa çempionatında medal qazanan beş idmançımızdan biri olub. O, düz 10 il əvvəl (sentyabrın 11-də) həmin yarışda bürünc medal qazanıb.

Qeyd edək ki, həmin yarışda hazırda böyüklərdən ibarət cüdo millimizin üzvü olan Elmar Qasımov düşmən ölkədə qızıl medal qazanaraq Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*