Bakıda bu yolda hərəkət birtərəfli oldubackend

Bakıda bu yolda hərəkət birtərəfli oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Tələt Şıxəliyev küçəsində birtərəfli hərəkət təşkil edib.

KONKRET.az AYNA-ya istinadən xəbər verir ki, vətəndaşlardan daxil olan müraciətlər əsasında AYNA-nın mütəxəssisləri təhlillər aparıb, yolun həndəsi ölçüləri, parklanma tələbatı və hərəkət intensivliyi öyrənilib. Monitorinq nəticəsində ərazidə nəqliyyatın qarşı-qarşıya hərəkətində çətinlik yarandığı müəyyən edilib.

Sözügedən ərazidə yaşayan sakinlərin parklanma tələbatı, nəqliyyat intensivliyi və yolun həndəsi ölçüləri nəzərə alınıb, T.Şıxəliyev küçəsində Xətai prospektindən Təbriz küçəsi istiqamətində hərəkətin birtərəfli olması məqsədəuyğun hesab edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*