Bakıda dəhşət: 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdubackend

Bakıda dəhşət: 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu

Bakının Suraxanı rayonunda 17 yaşlı oğlan anasını bıçaqlayıb.

KONKRET.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Ramana qəsəbəsinin C.Qaşqay küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü D.Qurbanova 17 yaşlı oğlu tərəfindən bıçaqlanıb. Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurduğu bildirilir.

Ağır xəsarətlər alan qadın təcili tibbi yardım vasitəsilə akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*