Bakıda əməliyyat: 20 yaşlı qadın saxlanıldıbackend

Bakıda əməliyyat: 20 yaşlı qadın saxlanıldı

Səbail rayonunda evlərin birindən oğurluq edilib.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Paytaxt sakini olan qadın polisə müraciət edərək yaşadığı evdə çantasından 1640 manat pul və 4800 manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib.

Həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı qadın saxlanılıb.

Qaradağ rayonu ərazisindən isə 1000 manat dəyərində təmir alətlərini talayan əvvəllər dəfələrlə məhkum olunmuş 51 yaşlı Z.Qubadov saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*