Bakıda evdən 5 min manat dəyərində məişət əşyaları oğurlandıbackend

Bakıda evdən 5 min manat dəyərində məişət əşyaları oğurlandı

Abşeron rayonunun Xırdalan şəhərində 5000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhərindəki evlərin birindən 5000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Mahmud Mahmudov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*