Sosial şəbəkələrdə paytaxt ərazisində hərəkətdə olan avtomobildə olan sərnişinin əlindəki tapançanı ətrafa yönəltməsinini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
DİN-in Mətbuat Xidmətindən KONKRET.az-a bildirilib ki, həmin avtomobilin sürücüsü və sərnişini müəyyən edilib. Şirkətlərdən birində kuryer kimi çalışan 2002-ci il təvəllüdlü şəxs və sürücü müəyyən olunaraq polis idarəsinə gətirilib. Məlum olub ki, onun avtomobildən ətrafa yönəltdiyi odlu silaha bənzəyən tapança oyuncaqdır. O, izahatında oyuncağı əyləncə məqsədilə ətrafa yönəltdiyini və bu əməlinə görə peşiman olduğunu bildirib.
Qanunvericiliyə uyğun olaraq onlar barəsində müvafiq tədbirlər görülür.
***
Bakıda avtomobilin qapısını açaraq əlindəki sliahı ətrafdakı şəxslərə nümayiş etdirən şəxsin görüntüləri polis tərəfindən araşdırılır.
KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, faktla bağlı araşdırma gedir və ictimaiyyətə nəticələri ilə bağlı əlavə məlumat veriləcək.