Bakıda idman zalında daha bir faciəvi ÖLÜMbackend

Bakıda idman zalında daha bir faciəvi ÖLÜM

Bakıda idman zalında ölüm hadisəsi baş verib.

KONKRET.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, hadisə dünən axşam saat 20 radələrində Nəsirəddin Tusi küçəsində yerləşən idman zalında baş verib.

Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Tural Yaşar oğlu Tapdıqzadə zalda insult keçirib. O, xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sentyabrın 29-u Əməkdar artist Cabir İmanov idman zalında qəfil vəfat etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*