Bakıda iki qardaş arasında qanlı dava: Bir-birini bıçaqladılarbackend

Bakıda iki qardaş arasında qanlı dava: Bir-birini bıçaqladılar

Bakıda iki qardaş arasında yaranan mübahisə qanlı insidentlə nəticələnib.

KONKRET.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində baş verib.

İlkin məlumata görə, 2002-ci il təvəllüdlü Fərid Elman oğlu Mustafayevlə qardaşı, 2009-cu il təvəllüdlü Elnur Elman oğlu Mustafayev arasında mübahisə düşüb. Münaqişə nəticəsində hər iki şəxs bir-birini bıçaqlayıb.

Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb və dərhal cərrahi əməliyyata alınıblar. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*