Bakıda küçədən kişi meyiti tapılıb.
KONKRET.AZ xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Küçədən 45-50 yaşlarında kişi meyiti tapılıb.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin Hacıyev İlahəddin Ayeddin oğlu olması müəyyən edilib.
Onun yüksək dozada narkotikin təsirindən öldüyü bildirilir.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.