Bakıda küçəyə atılan 3 aylıq körpə sığınacağa yerləşdirildi – YENİLƏNİBbackend

Bakıda küçəyə atılan 3 aylıq körpə sığınacağa yerləşdirildi - YENİLƏNİB

Bakıda ötən gün körpə küçəyə atılıb. 

KONKRET.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sosial şəbəkədə yazıb.

O bildirib ki, körpə dünən gecə saatlarında paytaxt sakinlərindən birinin qapısına tanımadığı şəxs tərəfindən qoyulub və o uşağı sığınacağa gətirib:

“Körpənin üzərində özünün və anasının sənədi tapılıb. Hazırda körpənin hansı səbəbdən tərk edilməsi və anasının tapılması üçün araşdırma aparılır. O, müayinə olunaraq sığınacağımıza yerləşdirilib”.

***

12:27

Bakıda küçədə 3 aylıq körpə tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Bildirib ki,  Binəqədi rayonunda dekabrın 19-da axşam saatlarında Binəqədi qəsəbəsi Gülüstan küçəsində atılan 3 aylıq oğlan uşağı polis tərəfindən sığınacağa yerləşdilib.

Polis əməkdaşları tərəfindən körpənin anasının şəxsiyyəti müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*