Bakıda məşhur klinikada ölüm…backend

Bakıda məşhur klinikada ölüm…

Bakıda özəl klinikada ölüm hadisəsi baş verib.

KONKRET.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında “Premium Clinic”də qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Bəşirova Çimnaz Sahib qızı oktyabrın 7-də sözügedən klinikada əməliyyat olunub. Ötən gün isə klinikadan evə buraxılmalı olan qadının qəfil halı pisləşib və orada dünyasını dəyişib.

Qadının ailəli olduğu bildirilir.

Qeyd edək ki, “Premium Clinic”in təsisçi direktoru Mübariz Nağıyevdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*