Bakıda müəssisədən 8 min manatlıq oğurluq oldubackend

Bakıda müəssisədən 8 min manatlıq oğurluq oldu

Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Belə ki, Binəqədi rayonu ərazisində yerləşən müəssisələrdən birinin həyətindən 8 000 manat dəyərində dəmir lövhələrin oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Vaqif Bayramov və Cavid Baxşeyiş müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*