Bakıda mühüm üçtərəfli görüş: Müqavilə…backend

Bakıda mühüm üçtərəfli görüş: Müqavilə...

Rəşt-Astara dəmir yolu müqaviləsi tezliklə imzalanacaq.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Əmin Taraffo bildirib.

“Bu həftə Bakıda Şimal-Cənub Dəhlizində əməkdaşlığı inkişaf etdirmək üçün İran, Rusiya və Azərbaycanın mühüm üçtərəfli görüşü keçiriləcək. Rəşt-Astara dəmir yolunun podratçısı kimi İran şirkəti ilə Rusiya şirkəti arasında kommersiya müqaviləsinin yekunlaşdırılması məsələsi davam edir. Tezliklə kommersiya müqaviləsinin imzalanacağı və layihənin icra mərhələsinə keçəcəyi gözlənilir”, – o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*