Bakıda oğul atasını küt alətlə döydübackend

Bakıda oğul atasını küt alətlə döydü

Bakının Suraxanı rayonunda ailə-məişət zəmnində baş verən mübahisə zamanı yaşlı kişi başından ağır xəsarət alıb.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

1969-cu il təvəllüdlü Təhməzov Süleyman Sərxan oğlu yaşadığı evdə oğlunun hücumuna məruz qalıb.

Oğlu atasının başına küt alətlə ağır xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib. Fakt Suraxanı Rayon Polis İdarəsində araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*