Bakıda Rusiya səfirliyi qarşısında piketə icazə verilmədibackend

Bakıda Rusiya səfirliyi qarşısında piketə icazə verilmədi

“Müsavat” Partiyasının 8 iyul 2025-ci il tarixində Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında keçirmək istədiyi piketə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilməyib.

KONKRET.az xəbər verir ki, rəsmi açıqlamada bildirilir ki, aksiyanın keçirilməsi məqsədəuyğun hesab olunmur.

Qeyd edək ki, 2025-ci il iyunun 27-də Azərbaycan, Yekaterinburqda azərbaycanlılara qarşı Rusiya hüquq-mühafizə orqanlarının qanunsuz və zorakı hərəkətləri ilə bağlı Moskva qarşısında rəsmi etiraz ifadə edib və bu istiqamətdə uyğun addımlar atılıb.

Bakı meri bu faktı əsas gətirərək, səfirlik qarşısında piketin keçirilməsinin zəruri olmadığı qənaətindədir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*