Bakıda yük maşınlarının bağladığı yollar açıldı – RƏSMİbackend

Bakıda yük maşınlarının bağladığı yollar açıldı - RƏSMİ

Bakının Heydər Əliyev prospektində yük maşınlarının bağladığı yollar açılıb.

Bu barədə KONKRET.az-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, DYP tərəfindən aidiyyəti tədbirlər həyata keçirilib, yollar açılıb, hərəkətin tənzimlənməsi istiqamətində işlər artıq yekunlaşdıırlıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Heydər Əliyev prospektində 4 yük avtomobilinin sürücüsü yolu bağlamışdı. Sürücülər Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən icazə vərəqələrinin verilməsini tələb edirdilər. Bu səbəbdən Heydər Əliyev prospektində tıxac yaranmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*