Ermənistan parlamentinin sədri Cenevrədən qayıtdıqdan sonra jurnalistlərə açıqlama verərək Azərbaycanla dialoqun davam etdirilməsinə hazır olduğunu bildirib. Lakin qarşılıqlı səfərlərin reallaşması üçün Azərbaycanda saxlanılan ermənilərlə bağlı məsələnin həll olunmasının vacibliyini vurğulayıb.
KONKRET.az xəbər verir ki, Simonyanın sözlərinə görə, bəzi beynəlxalq formatlar çərçivəsində Azərbaycan prezidenti ölkəmizə gələ, Paşinyan isə Bakıya səfər edə bilər.
“Mən də ora gedə bilərəm. Amma məhbusların varlığını bilə-bilə səfərə getmək bizim üçün çətindir. Buna baxmayaraq, mən optimistəm”, – Simonyan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az