Balasanyan: “Qərb Ermənistan vasitəsilə regionda öz məqsədlərini təbliğ etməyə çalışır”backend

Balasanyan: "Qərb Ermənistan vasitəsilə regionda öz məqsədlərini təbliğ etməyə çalışır"

“ABŞ və Aİ nə vəziyyətə, nə də Azərbaycana heç bir təsiri yoxdur. Buna görə də Ermənistanı öz təsir zonasında saxlamaq üçün onu “qrant iynəsinə” bağlamağa çalışır”.

KONKRET.az xəbər verir ki, bu sözləri beynəlxalq məsələlər üzrə ekspert Qriqori Balasanyan bildirib.

Bununla belə, ekspert Qərbin Ermənistana konkret olaraq nə vəd etdiyini anlamağa çağırıb. Balasanyan qeyd edib ki, Qərb Ermənistan vasitəsilə regionda öz məqsədlərini təbliğ etməyə çalışır və bunu Ermənistanın maraqları hesabına edir, ölkənin özü heç nə almır.

“Bütün ölkələrlə əlaqələrimizi qurmaq və inkişaf etdirmək lazımdır. Ancaq bu, öz mənafeyinin ziyanına baş verməməlidir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*