Bankı soydu, pulları küçəyə səpdibackend

Bankı soydu, pulları küçəyə səpdi

ABŞ-ın Kolorado ştatında ağ saqqalı bir nəfər bankı qarət edərək oğurladığı pulları küçəyə töküb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, şahidlər oğrunun pulları küçəyə səpərkən: “Milad bayramınız mübarək!” – deyə qışqırdığını söyləyiblər.

Hadisə günorta saatlarında baş verib. Saqqallı şübhəli şəxs soyğundan sonra ərazidə dayanaraq həbsini gözləyib.

Ətrafdakı sakinlərin sözlərinə görə, pulların bir hissəsi küçədən toplanıb və banka qaytarılıb.

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*