Banqladeşdə həyat dayandı… Baş nazir ordudan kömək istədibackend

Banqladeşdə həyat dayandı... Baş nazir ordudan kömək istədi

Banqladeşdə “ictimai kvota” qərarına qarşı başlayan etirazlarda ölənlərin sayı artır. Dövlət televiziyasının binası yandırılıb, bir çox televiziya kanalları və xəbər saytları yayımını dayandırıb. Rabitədə böyük fasilələr yaranıb. Baş nazir Şeyx Hasinanın hadisələrin yatırılması üçün ordudan kömək istəyib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Banqladeşdə 1971-ci ildə Müstəqillik Müharibəsində xidmət edənlərin övladlarına dövlət sektorunda kvota ayrılması qərarına qarşı başlayan etirazlarda həyatını itirənlərin sayı 39-a yüksəlib, yüzlərlə insan isə yaralanıb.

Nümayişçilər ölkə daxilində “dayan” aksiyasına başlayıblar.

Hadisələr zamanı ötən gün BTV dövlət televiziyasının binası yandırılıb. Paylaşılan mesajlarda “Bu artıq etiraz deyil, müharibədir” ifadələri diqqət çəkib.

Bugünkü nümayişlər zamanı polislə fəallar arasında şiddətli toqquşmalar olub. Polis nümayişləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Bir çox analitiklərin fikrincə, hadisələr “ictimai kvota” böhranı ilə başlasa da, ölkədəki iqtisadi vəziyyət, yüksək inflyasiya və işsizliyə reaksiyalar, xüsusən də gənclər küçələrə axışıb.

Banqladeşdə dövlət məşğulluq vəzifələrinin 56 faizi müəyyən demoqrafik qruplar və siniflər üçün nəzərdə tutulsa da, bunların 30 faizi 1971-ci il Müstəqillik Müharibəsi iştirakçılarının ailələrini əhatə edir.

Sözügedən kvotalar 2018-ci ildə ümummilli etirazlardan sonra ləğv edilib. Etirazlar Ali Məhkəmənin keçən ay kvota sisteminin yenidən tətbiqi ilə bağlı qərarından sonra başlayıb.

Banqladeş Ali Təhsil Şurası tələbələri qorumaq üçün bütün dövlət və özəl universitetlərin növbəti xəbərdarlığa qədər bağlanmasını xahiş etmişdi. Etirazların keçirildiyi Dəkkə Universiteti də daxil olmaqla ölkədəki bəzi universitetlər müəssisələrinin qeyri-müəyyən müddətə bağlandığını açıqlayıb. Universitetlərin bağlanması qərarına baxmayaraq, tələbələr məktəbləri tərk etməkdən imtina ediblər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*