Baqratyan Azərbaycanın nəzarətinə keçən Gorus-Qafan yolundan yazdıbackend

Baqratyan Azərbaycanın nəzarətinə keçən Gorus-Qafan yolundan yazdı

18 dekabr 2020-ci il tarixli protokolla Gorus-Qafan-Çacaten yolu Azərbaycan ərazisi kimi tanınıb. Qəribədir ki, həmin günlərdə hadisə yerinə baş çəkən Ermənistanın o zamankı prezidenti Armen Sarkisyan və ombudsman Arman Tatoyan yuxarıda qeyd olunan cinayətlə bağlı bir kəlmə belə danışmadılar.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan öz Facebook səhifəsində yazıb.

O, daha sonra bunları qeyd edib: “Dünən və bu gün bir sıra KİV-də 2020-ci ildə azərbaycanlılar tərəfindən bağlanan Ermənistanın Gorus-Qafan-Çakatan yoluna toxunulub. Nə yaxşı ki, nəhayət xatırladılar. Amma təhrif olunmuş, təhlilsiz formada. İlk olaraq 18 dekabr 2020-ci il tarixli protokolla bu yol Azərbaycan ərazisi kimi tanınıb. Onu Ermənistan və Azərbaycan (müdafiə nazirləri Arutyunyan və Həsənov) imzalayıb. Erməni tərəfinin məlumatına görə, təxminən 400 kvadratkilometr ərazi düşmənə verilib”.

Azərbaycana aid olan bu yolda nəqliyyatın hərəkətinə ruslar nəzarət etməli idi. Lakin Bakı 2021-ci ilin yazında artıq yolu bağlayıb, 9 noyabr 2020-ci il tarixli sənədlə vəd edilən Ermənistan ərazisindən Naxçıvana gedən fasiləsiz yol təmin olunana qədər onun bağlanacağını bəyan edib.

2024-cü ilin əvvəlində isə Ermənistan ruslardan ərazini tərk etmələrini istədi”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*