Baş Nazir qazaxıstanlı həmkarına başsağlığı verdibackend

Baş Nazir qazaxıstanlı həmkarına başsağlığı verdi

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş Naziri Əskər Maminə başsağlığı məktubu göndərib.

KONKRET.AZ xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Nazir Əli Əsədov Almatı şəhəri yaxınlığında insan tələfatı ilə nəticələnmiş təyyarə qəzası haqqında xəbərdən olduqca kədərləndiyini bildirib.

Azərbaycanın Baş Naziri faciə ilə əlaqədar qazaxıstanlı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*